“Çempionatda ən bərbad oyunumuzu oynadıq. Əlimdə olan futbolçular bunlardır. Bəzi mövqelərə oyunçular istəmişdim, alınmadı”.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Emin Quliyev Premyer Liqanın 8-ci turunda “Kəpəz”ə uduzduqları oyundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.
E.Quliyev komandasında çatışmazlıqların olduğunu bildirib: “Çatışmazlıqlarımız var. Futbolçularımın bacardıqları budur. Əhval-ruhiyyə aşağı səviyyədədir. Ardıcıl məğlubiyyətlərdən sonra vəziyyət yaxşı deyil”.