Ölkə futbolu

Futbolçularımız Şaxta babadan nə gözləyirlər? – SORĞU

2013-cü il maraqlı futbol hadisələri ilə yadda qaldı. İstər qalmaqalla, istər uğurlu nəticələrlə… Artıq 2013-ili geridə qoymağa sayılı günlər qalıb. 

İdmanxeber.com azərbaycanlı futbolçular arasında sorğu edib: "2013-cü il sizin üçün nə ilə yadda qaldı" və "Şaxta babadan nə gözləyirsiz?". Hərənin cavabı müxtəlif və maraqlı oldu.

Ruslan Tağızadə (Qəbələ): 2013-cü ildə Premyer Liqada çox oyunlarda çıxış etdim. Qollar vurdum, bir neçə məhsuldar ötürmələr verdim. 2014-də onu gözləyirəm ki, "Qəbələ"də çempion olum və Avropa Liqasında oynayım. 

Şaxta babadan nə gözləyirəm? Ondan mənə qardaşım qızını gətirməyini istəyirəm. Bir neçə aydı görmürəm onu.

Asif Məmmədov (İnter): 2014-cü ildən nə gözləyirəm? İnşallah baxaqda… İndidən nə deyim? Heçnə, uzun ömür, can sağlığı və ruzi bərəkət.

Ruslan Abışov (Rubin): 2013-cü il mənim üçün tam da yaxşı sayılmamalıdı. Çünki zədəm də oldu, əsas heyətdən kənarda qaldım. 2014-cü ildən isə zədəsiz il arzulayıram. "Rubin"dəki Şaxta babadan maşın istəyirəm, "Ferrari".

Cavid Tağıyev (AZAL): 2013-cü il ayın ən yaxşı qolunu vurmağımla yadda qaldı. 2014-cü ildən hələ danışa bilmərəm. Şaxta babadan hədiyyə istəmirəm. Ona demək istəyirəm ki, bəsdi mllətin uşaqların aldatdın.

Kamran Abdullazadə (Xəzər Lənkəran): Bu il mənim üçün yaxşı keçdi. Superkubok ən sevimli günüm oldu. Əsgərlikdə də maraqlı günlərim oldu. 
Şaxta baba? O, kimdi? (gülür). Ondan heçnə görməmişəm, nə də gözləyim.

Şəhriyar Əliyev (Bakı): "2013-cü il ayağımın sınmağı ilə yadda qaldı. Şaxta baba kimdi? Vallah, heçnə gözləmirəm. Mənim üçün bayram deyil.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43