Azərbaycan millisinin Özbəkistanla keçirəcəyi yoldaşlıq oyunu üçün Türkiyə birinci divizion təmsilçisi “Qaziantep BB”nin üç futbolçusu – Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyev vətənə çağırılıb.
İdmanxeber.com-un məlumatına görə, futbolçunun avqustun 20-i keçiriləcək Özbəkistanla yoldaşlıq oyununa dəvət olunmağı klub rəhbərliyi və məşqçi heyəti tərəfindən sevinclə qarşılanıb.
Qeyd edək ki, Özbəkistanla oyun üçün Azərbaycan millisinin heyəti hələlik açıqlanmayıb.