Türkiyə PTT 1-ci liqasında 20-ci turun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” Branimir Subaşiçli “Manisaspor”la üz-üzə gəlib.
Kayseridə keçirilən oyunda meydan sahibləri 2:1 hesabıyla qalib gəliblər.
Kamran Ağayev meydana çıxmayıb. Subaşiç isə 80-ci dəqiqədə meydana çıxmaq şansı qazanıb. Subaşiç 90-cı dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.