27 Noyabr 2024
Dünya futbolu

Futbolçuya butulka atıldı, oyun təxirə getdi

Türkiyə Kubokunun 4-cü turunda ” Batman Petrolspor” doğma meydanda  “Kasımpaşa”nı qəbul edib. Matçın 91-ci dəqiqəsində ev sahibi azarkeşlərdən biri qonaq komandanın oyunçusu Fode Koitanın üzünə butulka atıb. Aldığı xəsarətdən yerə yıxılan oyunçu dərhal xəstəxanaya aparılıb.

Görüşün baş hakimi Özgür Yankaya yaşananlardan dərhal sonra oyunu təxirə salıb.

Qeyd edək ki,  qarşılaşmanın son dəqiqəsində “Kasımpaşa” 3:2 hesabı ilə irəlidə idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43