16 Sentyabr 2024
Ölkə futbolu

“Futbolda hər şey olur, amma favorit “Braqa”dır

“Hamı “Qarabağ”dan yaxşı nəticə gözləyir. Hər kəs bu arzudadır. Ancaq “Braqa”nın necə komanda olduğu bəllidir. Portuqaliyanın aparıcı klublarından biridir. Bu mövsüm Çempionlar Liqasıda çıxış ediblər. “Qarabağ” üçün çox çətin olacaq. Rəqibin səviyyəli futbolçuları var. Komandamızın səfərdən yaxşı nəticə ilə qayıtmasını istəyirik”

Bu sözləri İdmanxeber.az saytına millimizin sabiq üzvü Rahid Əmirquliyev “Qarabağ”ın Avropa Liqası pley-off mərhələsi çərçivəsində keçirəcəyi “Braqa” görüşü barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

Bəli, futbolda hər şey olur. Ancaq cütün favoriti “Braqa”dır. İlk görüşə də evdə çıxacaqlar. Amma ümid həmişə var. Çünki “Qarabağ” Portuqaliya klubundan da güclü komandalarla oynayıb. Çətin olsa da, komandamızın yaxşı nəticə qazanacağına ümid edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43