Ötən ayın sonunda maliyyə və bəzi texniki problemlərə görə fəaliyyətini müvəqqəti dayandırdığını elan eləyən FutbolPress.az saytı bu gün işə başlayıb. Saytın baş redaktoru Elçin Cəlilov bu haqda açıqlama verdi: “Sayt 4 illik fəaliyyətində bununla ikinci dəfə belə məcburi fasiləylə üzləşir. Ancaq idman mediasındakı rolumuzun və yerimizi hiss eləmək davam eləməkçün ən böyük stimul oldu. Üç həftəlik aradan sonra işi bərpa eləyə bildik. Bağlanma səbəbi maliyyə idi. İşçilərlə yolları ayrılmalı olduq. Ancaq toparlana bildik və bundan sonra daha yaxşı personalla yola davam edəcəyik. Bildirim ki, gələn ilin əvvəlindən xeyli marağa səbəb olmuş “FutbolPress” TV-ni də bərpa eləmək planım var. Oxucular bundan sonra saytımızı mütəmadi, həftənin bütün günləri oxuya biləcəklər”.
FutbolPress.az fəaliyyətini bərpa elədi
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43