“Qarabağ” bütün Azərbaycan xalqını sevindirib. Bəzi matçlarda məğlubiyyət olsa belə, çıxışını gözəl qiymətləndirirəm”.
İdmanxeber.com-un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə deyib.
Rəhimov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda xoş sözlər söyləyib. O, gənc mütəxəssisin yığmanın “sükanı arxası”na keçməsindən də danışıb: “Qurban Qurbanov yüksək peşəkarlıq göstərdi və azarkeşlərə inam bağışladı. Baxmayaraq ki, “Qarabağ”ın büdcəsi rəqibləri ilə müqayisədə qat-qat aşağıdı”.
Nazir futbolun inkişafına dair yeni Dövlət Proqramı hazırlandığını da sözlərinə əlavə edib: “Bununla bağlı iş gedir. Cənab prezidentin tapşırığına əsasən, müasir tələblərə cavab verən proqram hazırlanır. Proqramın 2018 və ya 2019-cu ildə qəbul olunması gözlənilir”.