Kateqoriyasız

Füzulidə “Open Fun Football School-2013”

5-10 sentyabr tarixlərində Füzuli rayonunun Böyük Bəhmənli kəndində “Open Fun Football School-2013” adlı beynəlxalq idman tədbiri keçirilib.

Bu barədə mətbuata “Füzuli” futbol klubunun rəhbəri Mirdamət İbadoğlu məlumat verib: ”Rayonumuzda ilk dəfədir belə tədbir təşkil olunurdu. Məqsəd uşaqları futbol vasitəsilə əyləndirmək, sonrakı mərhələrdə futbola cəlb etmək idi. Münaqişələrdən əziyyət çəkən ərazilərdə bu tədbirin- Açıq Əyləncəli Futbil Məktəbi layihəsi çox əlverişli oldu. Uşaqlar və valideynlər çox şad oldular.”

Mirdamət İbadoğlunun sözlərinə görə, tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, AFFA-dan da iştirak edirdilər: “Tədbirdə rayonun Polis İdarəsinin rəhbərliyi, rayon məhkəməsinin hakimi, həmçinin AFFA-nı təmsil edən hakim İlqar Zeynalov da tədbiri yaxından izləyirdilər. Uşaqlara xüsusi koftalar və qolbağılar paylanıldı. Tədbirin sonunda məşq mərkəzlərində toplar, məşq üçün əlavə vasitələr verildi ki, bu da gələcəkdə uşaqların futbolla məşğul olmalarına stimul olacaq. Rədbirlər rayon ərazisində ilboyu davam edəcək.”

Layihənin baş tutmasında bir sıra şəxslərin, xüsusilə AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyevə, layihənin kordinatoru Kərim Ağayevə, həmçinin Füzuli rayon təhsil şöbəsinin müdiri Almaz Həşimovaya öz dərin təşəkkürünü bildirdiyini deyən Mirdamət İbadoğlu gələcəkdə də bu cür layihələrin həyata keçirəcəklərini qeyd etdi.

Qeyd edək ki, layihəyə “Azıx” İctimai Birliyi də dəstək verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43