Kateqoriyasız

Gəncə icra başçısı “Kəpəz”ə biganə qalmadı – FOTOLAR

Misli Premyer Liqasının XII turunda “Kəpəz” “Səbail”i qəbul edir.

İdmanxeber.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, stadionda oyunu izləyənlər arasında Gəncənin icra başçısı Niyazi Bayramov da var. O, ilk hissənin sonlarına doğru azarkeşlərin yanına gələrək, qarşılaşmanı onlarla bərabər izləyib.

Bayramovla bərabər İsgəndər Cavadov və “Kəpəz”in icracı direktoru İlqar Nadirli də qarşılaşmanı izləyənlər arasındadır.

İlk hissəsi sona çatan görüşdə “Kəpəz” hesabda 1:0 öndədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43