Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Kəpəz” “”Araz Naxçıvan”ı qəbul edir.
İdmanxeber.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yerli azarkeşlər komandanın rəhmətə gedən sabiq futbolçusu Şəhriyar Rəhimovu unutmayıb. Onlar komandada “13” nomrəli formanı geyinən mərhum futbolçunu görüşün 13-cü dəqiqəsində “Şəhriyar, Şəhriyar” və “Ən böyük kapitan bizim kapitan” şüarları ilə xatırlayıb.
Qeyd edək ki, hazırda davam edən matçda hesab açılmayıb.