Kateqoriyasız

Gənc hakimlər üçün seminar keçirildi

AFFA-nın inzibati binasında mentorlar üçün seminar keçirilib.

İdmanxeber.az xəbər verir ki, UEFA Mentoru, inspektoru və mütəxəssisi Jorn West Larsen Talant paneli çərçivəsində mütəxəssislərə seminar keçib, onların bilik və bacarıqlarını inkişaf etdirmək istiqamətində məlumatlandırıb. İki gün davam edən seminarda mentorluğun inspoktorluqdan fərqi izah edilib, hakimlərin inkişafı üçün onlara necə yanaşmalı olduqları vurğulanıb.

Türkiyəli mütəxəssis Burçin Kəskinin iştirakı ilə isə Milsi Premyer Liqasına, I Diviziona təyinat alan və inkişaf qrupunun hakimlərinə seminar keçirilib. Hər iki seminara AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək rəhbərlik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43