22 Dekabr 2024
Ölkə futbolu

“Gələcəkdə təcrübəli oyunçularla olmaq istərdik” – Vüqar Əsgərli

“Ağır şərtlər altında intriqanı son tura qədər saxladıq. Layiqli mübarizə apardıq, futbolçulara təşəkkür edirəm. Komandamızı gənc və təcrübəsiz heyətə görə autsayder hesab edirdilər. Göstərdik ki, uşaqlarla da futbol oynamaq olur. Təəssüflər olsun, Premyer Liqanı tərk etdik”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 36-cı turunda “Səbail”ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

 

Mütəxəssis bu mövsüm yaxşı təcrübə qazandıqlarını deyib: “Gənc futbolçularla işləmək nəsib oldu. Təcrübəli oyunçularla işləmək daha rahatdır. Uzun yol oldu. Cavid Hüseynovla yaxşı təcrübə qazandıq. Burada etdiyimiz səhvləri gələcəkdə etməməliyik. Ən böyük problemimiz qol vura bilməmək idi. Gələcəkdə təcrübəli oyunçularla olmaq istərdik”.

“Şamaxı” isə 25 xalla 10-cu yeri tutub. Daha əvvəl AFFA rəhbərliyi əvvəlki son illərdən fərqli olaraq bu mövsüm axırıncı yeri tutan komandanın Premyer Liqanı tərk edəcəyini açıqlayıb.Əsgəli isə “Premyer Liqada qalacağınıza ümid var?” sualını belə cavablandırıb: “Bizdə istərdik ki, 12 komanda olsun, amma idman prinsiplərini unutmamalıyıq”.

Mütəxəssis Premyer Liqanı tərk etmələri ehtimalının böyük olmasına baxmayaraq, gənc futbolçularla çıxış etdikləri üçün şad olduğunu bildirib: “Əlbəttə, dəyərdi. Çətin yol seçmişdik, gənclərlə nəticə qazanmaq çətin idi. Amma indi futbolçularımıza Premyer Liqa klublarından təkliflər var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43