Ölkə futbolu

“Gəlin, reallıqlar haqda danışaq” – Laurentsiu Regekampf

“Yaxşı oyun oldu. Matça çox yaxşı başladıq. Başlanğıcda daha çox aqressiv olmalıydıq. Necə hazırlaşmışdıqsa, nə etmək istəyirdiksə, alındı. Oyunçularımı təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu szöləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Turan Tovuz” oyunu sonrası keçirilən mətbuat konfransında deyib.

O, kapitan Emin Mahmudovun əhvalının yaxşı olmadığı sualını verən jurnalistə belə cavab verib:

“Siz onun qardaşısız? Ailə üzvüsüz? Bəzi şeylər elə əminliklə deyirsiz ki. Biz burada gəzən söz-söhblətlər haqda danışmalı deyilik. Gəlin, reallıqlar, rəsmi məsələlər haqda danışaq. Bəlkə də, doğru deyirsiz. Ancaq bu danışıq futbolçu və “Neftçi” arasında gedir. Sizi əmin edə bilərəm ki, Emin komandada qalmaq istəyir. Onun “Neftçi”də qalması mənim də böyük arzum və istəyimdir. O, peşəkar futbolçudur. Karyerası ərzində bu cür anlarla çox rastlaşıb. Bu haqda çox danışmamalıyıq. Xoşbəxt də ola bilərsən, üzgün də. Hər halda, bizim həyatımızdır, nə edə bilərik? Hər gün futbolçularla birlikdəyəm, onlarla keçirdiyim vaxtdan zövq alıram. Ümid edirəm ki, həm mən, həm də komanda üçün Emin yeni müqavilə imzalayacaq. Amma nə olacağını bilmirik. Futbolda hər şey baş verə bilər. Ona görə futbol mükəmməldir. Fanatlar başa düşməlidir. Eminin üzərində bu qədər təzyiq yaratmaq lazım deyil. Eminin həm özü, həm də ailəsi üçün ən yaxşı qərar nədirsə, onu verəcək. Necə ki, biz də, bunu edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43