21 Sentyabr 2024
İdman

“Gəncə” klubunda yeni oyunçu

“Gəncə” voleybol komandası heyətini daha bir oyunçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qərb təmsilçisi Xanım Cəlilovanı heyətinə qatıb. Voleybolçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Cəlilova ötən mövsümü “Azərreyl”in heyətində keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43