Ölkə futbolu

“Gənc futbolçuların inkişafı, onların üzə çıxması çox önəmlidi”

Azərbaycan I Liqasında çıxış edən “İmişli” komandasında yeni təyinat gerçəkləşib. Ötən mövsüm klubun məşqçilər heyətində yer alan Ruhid Usubov artıq bölgə təmsilçisində gənc oyunçuların yetişməsinə köməklik edəcək. 

Uzun illər “İmişli” futboluna xidmət etmiş, klubda bir dönəm forma geyinmiş və bu bölgəyə böyük futbolun qayıtmasında ciddi payı olan Usubovun məşqçilər heyətindən kənar qalması maraqlı qərardı. Onun növbəti mövsümdən yeni iş yerinə təyin edilməsinin səbəblərini özündən soruşduq.

Usubov İdmanxeber.az saytına idarə heyətinin bu qərarını belə şərh etdi:

“Belə məsləhət olundu ki, uşaq futbolunu inkişaf etdirək. Bilirsiniz ki, “İmişli”nin hədəfi Premyer Liqadır. Bu səbəbdən də gənc futbolçuların inkişafı, onların üzə çıxması çox önəmlidi. Bu işi də mənə həvalə etdilər. Qarşıma yeni Bəhlul Mustafazadə, Tolqar Yaqubov, Rəhim Cəfərli və s kimi oyunçular yetişdirmək məqsədi qoyulub. İmişli futbol bölgəsidi. Oyunlara gələn azarkeş sayısı da buna nümunədi. Biz də oturub rəhbərliklə belə qərar verdik ki, uşaq futbolunu inkişaf etdirək”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43