26 Dekabr 2024
Kateqoriyasız

Gənclər və idman naziri Konfederasiyanın nümayəndələrini qəbul etdi

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Dünya Etnosport Konfederasiyası nümayəndələrini qəbul edib.

İdmanxeber.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyəti üzvlərini – təşkilatın baş katibi Halim Aksu, koroprativ əlaqələr direktoru Levent Akıcı və tədbirlər direktoru Salih Aksunu salamlayan nazir qonaqlara dövlət idman siyasəti sahəsində görülən işlər barədə məlumat verib.

Görüşdə əsasən, 2022-ci ildə Bakının ev sahibliyi edəcəyi V Beynəlxalq Etnosport Forumuna hazırlıq məsələləri müzakirə edilib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Aksu Azərbaycanın digər beynəlxalq tədbirlər kimi, Forumu da yüksək səviyyədə təşkil edəcəyinə əminliyini vurğulayıb.

Qeyd edək ki, pandemiya səbəbindən təxirə salınmış V Beynəlxalq Etnosport Forumu gələn il keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43