Topaz Premyer Liqasında 15-ci turun başlaması ilə ikinci dövrəyə start verilib.
İdmanxeber.az-ın məlumatına görə, baş tutan 4 qarşılaşmanı ümumilikdə 7180 tamaşaçı izləyib. Və beləliklə geridə qalan 15 turun ən yaxşı göstəricisi məhz budur. Keçirilən oyunlar içərisində ən çox azarkeşin qeydə alındığı matç turun mərkəzi qarşılaşması olan – “Qarabağ” – “Neftçi” görüşü idi.
Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilən derbini 6000 tamaşaçı izləyib. “Zirə” – “Sabah” matçını 200 tamaşaçı izləyib ki, bu da turun ən bərbad göstəricisidi.
Ümumilikdə isə sıralama aşağıdakı kimidi:
“Qarabağ” – “Neftçi” – 6000 tamaşaçı
“Qəbələ” – “Sumqayıt” – 530 tamaşaaçı
“Keşlə” – “Səbail” – 450 tamaşaçı
“Zirə” – “Sabah” – 200 tamaşaçı