25 Oktyabr 2024
Ölkə futbolu

Gecənin qəhrəmanı danışdı: “Son iki penalti intuisiyamla bağlı oldu” 

“Möhtəşəm bir gecə idi. Ancaq çox çətin bir oyun oldu. Düşünürəm ki, göstərdiyimiz mübarizəyə qarşılıq gözəl bir qələbə oldu. Biz bu qələbəyə layiq idik”.

İdmanxeber.az-ınəlumatına görə, bu sözləri Konfrans Liqasının III təsnifat mərhələsinin “Osiyek”lə cavab matçından sonra “Zirə”nin qapıçısı Tiaqo Silva deyib.

Xorvatiya təmsilçisi ilə dueldə penaltilər seriyasında komandasının qələbəsində böyük pay sahibi olan braziliyalı qolkiper daha sonra dəf etdiyi zərbələr haqqında danışıb. O, bildirib ki, dəf etdiyi penaltilərdə qapıçı məşqçilərinin analizlərinin böyük rolu olub:

“Bu bizim qapıçı məşqçilərin analizinin nəticəsi idi. İlk üç penaltidə məhz analizlərin rolu oldu. Son iki penalti isə intuisiyamla bağlı oldu” 

Təcrübəli qolkiper daha sonra pley-off mərhələsində qarşılaşacaqları Kipr “Ominiya”sı haqqında da danışıb:

“Avropa Liqası ilə mübarizəyə başlasaq da, daha sonradan yolumuza Konfrans Liqasında davam etməli olduq. İstənilən halda məqsədlərimiz dəyişməyib. Hədəfimiz qrup mərhələsində oynamaqdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43