Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşündə “Valetta”nı səfərdə məğlub edən “Qarabağ” bu gün Maltadan geri dönüb.
İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisini hava limanında 50-yə yaxın azarkeş qarşılayıb.
Klubun “Qarabağ” Ultras” azarkeş qrupu da komandanı yalnız qoymayaraq, bir qrup üzvü ilə “atlılar”ı qarşılamaq üçün Heydər Əliyev adına hava limanına təşrif buyurmuşdular.