Dünya futbolu

Gələn mövsümdən La liqada videotəkrardan istifadə ediləcək

Gələn mövsümdən etibarən La liqada videotəkrardan istifadə oluna bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə İspaniyanın “sport.es” saytı məlumat yayıb. Məlumata görə, hakimlər videoarbitrdən düzgün olmayan qollar, meydandan qovulmalar, penalti təyin edilməsi zamanı yardım alacaqlar.

Bir müddət əvvəl isə videotəkrardan yalnız gələn mövsüm İspaniya kubokunda istifadə ediləcəyi söylənmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43