İdman

“Gəlin, komandanıza bu çətin vəziyyətdə dəstək olun”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün “Kəpəz” doğma divarlar arasında “Keşlə”ni qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, Gəncənin “Kəpəz” fan klubun rəhbəri Tural Süleymanlı sevimli komandalarının bu çətin vəziyyətdən tez bir zamanda çıxacağına ümid etdiklərini bildirib. İlk matçda səfərdə “Keşlə”yə 2 cavabsız qolla uduzan Gəncə klubunun, cavab oyununda azarkeşlərə qələbə bəxş edəcəyinə ümid bəslədiklərini söyləyən Tural Süleymanlı stadionuu dolu görmək istədiklərini söyləyib: 

“Kəpəz azarkeşi Azərbaycanda ən böyük azarkeşdi. Bəzi fanatlar sinələrinə döyürlər ki, biz “Kəpəz”in ən pis vaxtlarında yanında olmuşuq. Gün bu gündü. Gəlin, komandanıza bu çətin vəziyyətdə dəstək olun. Bu gün rəqibimiz “Keşlə” olacaq. Rəqib “Kəpəz”in səviyyəsinə uyğun komandadı. Növbəti mərhələyə adlaya bilərik. Futbolçularımız yaxşı oyun sərgiləyib, 2 qol vursa,  görüş əlavə vaxta qədər uzanar. Bu isə bizim üstünlüyümüzdü. Çünki evdə oynayırıq. Azarkeşlərin dəstəyi sayəsində “Kəpəz” uduzmaz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43