İdman

Gəncə futbol məktəbinin yetirməsi: “Gəncədə “Kəpəz”ə qarşı oynamaq arzumdu” – MÜSAHİBƏ

“Binə”nin futbolçusu Məhərrəm Hüseynovün İdmanxeber.com saytına müsahibəsi.


– “Binə”nin tarixində rəsmi oyunlarda ilk qolun müəllifi oldun və İmişlidə dubl etdin. Nə hisslər keçirtdin?

– Çox sevinirəm ki, çempionatda “Binə”nin ilk qolunu vurdum. Oyundan əvvəl qol vuracağımı düşünmürdüm. Əsas qələbə idi, 3 xal idi. Şükürlər olsun ki, bunu da bacardıq. 

–  “Mil Muğan”la oyundan sonra istər rəhbərliyin, istərsə də azarkeşlərin sənə olan gözləntisi artacaq. Bu səni qorxurtmurmu?

– Xeyr, bu məni qorxurtmur. Qol vursam da, vurmasam da istər azarkeşlərin, istərsə də rəhbərliyin gözləntiləri həmişə olur. Təbii ki, ümidləri doğrultduğum üçün sevinirəm. İnşallah belə davam etməyə çalışacam.

– İlk matçda iştirak etmədin. Səncə “Sabah”la oyunda oynasaydın nəticə fərqli ola bilərdi?
– İnanmıram nəticədə fərq edəcək nəsə edə bilərdim. O oyunda komanda yoldaşlarım əlindən gələni etdi. Amma təssüf ki, xal qazana bilmədik.

Gələn tur komanda çempionatın lideri “Qaradağ Lökbatan”la qarşılaşacaq. Bu oyunda nəyə ümid edirsən?

– Hər oyuna qələ qazanmaq üçün çıxırıq. Çempionat hələ təzə başlayıb. Rəqibdən 3 xal fərqimiz var. Onları yoldaşlıq oyununda da məğlub etmişik. Rəqibdən çəkinmirik. İnşallah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərimizdən istərdim ki, bizi dəstəkləsinlər. Onların dəstəyinə böyük ehtiyacımız var.

-Gəncə futbol məktəbinin yetirməsi olaraq necə düşünürsən hubok oyununda , səfərdə “Kəpəz”i məğlub etmək olar? 

– Arzumdur Gəncədə “Kəpəz”ə qarşı oynamaq. Çalışacağıq qələbə qazanaq. Yenə deyirəm, çempionat, kubok fərq etmir. Biz hər oyuna qələbə əzmində hazırlaşırıq. 

– Sən əsasən müdafiə və yarımmüdafiənin sol cinahında oynayırsan. “Mil MuğaN”la oyunda hücumçuluq keyfiyyətləri nümaiş etdirdin. Necə düşünürsən məşqçi gələn oyunda səni hücumda oynatsa faydalı ola bilərsən?
– Mənimçün mövqey fərq etmir. Məşqçi hansı mövqeydə oynatsa da, mən çalışacam ki əlimdən gələnin ən yaxşısını edim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43