28 Noyabr 2024
İdman

Gəncə şəhər stadionunun ot örtüyü sulanmadı, “Kəpəz” cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, İK Azərbaycan Premyer Liqasının XI turunda baş verən qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.

“Kəpəz” – “Qarabağ” oyununda Gəncə klubu meydanı sulamadığına görə 800 manat cərimə olunub.

Bundan başqa, “Zirə” – “Neftçi” oyununda qonaq komandanın azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “Zirə”nin təqdim edəcəyi hesab “Neftçi” klubu tərəfindən ödənilməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43