İdman

Gəncədə meydan sahibləri qalib gəlir (YENİLƏNİR)

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Turun açılış matçı Gəncədə olacaq. Burada avrokubokları hədəfləyən "Kəpəz" tarixinin ən pis günlərini yaşayan "Neftçi"ni qəbul edəcək. İki klubun azarkeşləri arasında olan intriqanı nəzərə alsaq maraqlı oyuna şahidlik etmiş olacağımızı öncədən deyə bilərik.

Günün digər matçı isə Şüvəlanda keçiriləcək. Cari mövsümdə qələbəyə həsrət AZAL "Sumqayıt"la matçda ilk 3 xalına sevinmək üçün meydana çıxacaq.

Azərbaycan Premyer Liqası

XIII tur

27 noyabr (bazar)

14:00. “Kəpəz” – “Neftçi” 2:0
Qol: Orxan Əliyev 27, Julian Ebah 49.

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Elbrus  Abbasov

Hakim-inspektor: Xaqani  Məmmədov

Gəncə şəhər stadionu

16:00. AZAL – “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Vaqif  Davudov

Hakim-inspektor: Vüsal  Əliyev

”AZAL Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43