Oktyabrın 5-də “Turan-T” ilə qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlıqlarına start verib.
Komandanın son məşqi Gəncə şəhər stadionunda keçirilib. Gəncəlilərin baş məşqçisi Vidadi Rzayev B kateqoriyasının yenilənməsi üçün Bakıya yollandığından futbolçuları hazırlıq prosesinə onun köməkçisi Azər Məmmədov çıxarıb. Rzayev qarşıdakı 3 günü ölkə paytaxtında olacağından komandanı elə tovuzlularla oyuna da məhz Məmmədov hazırlayacaq.
“Kəpəz”in heyətində bir itki var. Pərvin Paşayev zədəlidi. Yarımmüdafiəçi bu üzdən məşqlərə qatılmır. Onun “Turan-T” ilə görüşdə meydana çıxmayacağı dəqiqdi.
Bu arada isə uzun fasilədən sonra “Kəpəz” nəhayət ki, yenidən doğma meydanda oynaya biləcək. Gəncə şəhər stadionunun ot örtüyü ilə bağlı problemlər yoluna qoyulduğundan komanda rəqiblərini o cümlədən qarşıdakı oyunda “Turan T”-ni evdə qəbul edəcək.