Dünya futbolu

“Gent” “Qarabağ”a təşəkkür etdi

“Gent” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra “Qarabağ”a təşəkkür edib.

İdmanxeber.az xəbər verir ki, bununla bağlı Belçika klubunun sosial şəbəkə hesabında paylaşım edilib:

“Bizi qəbul etdiyiniz üçün təşəkkürlər, “Qarabağ”. Gözəl şəhər, sevimli insanlar, möhtəşəm oyun. Gələn həftə görüşənədək”.

“Qarabağ” – “Gent” görüşü Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu fevralın 23-də, Belçikada olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43