Topaz Premyer Liqasının VIII turunda keçirilən və 0-0 hesabı ilə başa çatan “İnter” – “Simurq” oyunundan sonra qonaqların baş məşqçisi George Çixradze düşüncələrini bölüşüb.
İdmanxeber.com-un məlumatına görə, matçdan sonra “Simurq”un baş məşqçisi George Çixradze bu sözləri deyib:
“Çox gәrgin bir oyunun şahidi olduq. Hәr iki komanda meydançaya qәlәbә qazanmaq arzusu ilә çıxmışdı. “İnter”in də, bizim də imkanlarımız var idi. Fikrimcә, biz qol vurmağa daha yaxın idik. Amma tәәsüf ki, alınmadı”.