Topaz Premyer Liqasında I dövrənin yekunu “Simurq” üçün uğurlu oldu. Zaqatala təmsilçisi doğma azarkeşləri önündə “Araz Naxçıvan”ı 4-0 hesabı ilə məğlub etdi.
İdmanxeber.com-un məlumatına görə, “Simurq”un baş məşqçisi George Çixradze qalib gəldikləri oyundan danışıb:
“Bu gün çox yaxşı oynadıq. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Rəşad Eyyubovu 3 qol vurması münasibəti ilə təbrik edirəm. İlk hissədə top itirsə də, sonradan het-trik edib yaxşı hücumçu olduğunu nümayiş etdirdi. Azarkeşin istəyi çox qol görməkdir. Biz də bunun üçün çalışdıq. Çempionatda bütün rəqiblər güclüdür. Biz bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq”.