27 Dekabr 2024
Premyer Liqa

Georgi Çixradze: “Bərabərliyi bizim üçün yaxşı nəticə hesab edirəm”

“Oyun maraqlı oldu. Qalib gələ də bilərdik, məğlub ola da bilərdik. Bir xal qazandıq. Bir neçə qol imkanından istifadə edə bilmədik”.

Bu sözləri “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib. Baş məşqçi daha sonra sözlərinə belə davam edib:

“Qarabağ”ın futbolçuları topla yaxşı rəftar edir, bir neçə təhlükəli qol epziodu yaratdılar. Bərabərliyi bizim üçün yaxşı nəticə hesab edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43