Xorvatiya çempionatının 35-ci turun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) səfərdə “Slaven Belupo” ilə üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 3:2.
Millimizin üzvü də bu matçda iştirak edib. Uzun müddətdir zədə səbəbindən forma geyinə bilməyən Emreli 46-cı dəqiqədə meydana daxil olub.
O, görüşün ardından sosial şəbəkə hesabından qarşılaşma barədə bunları yazıb:
“5 ay sonra geri döndüyüm üçün çox həyəcanlıyam. Möhtəşəm dəstəyiniz üçün təşəkkürlər”.