22 Oktyabr 2024
Dünya futbolu

“Geri dönməyim üçün çılğın təkliflər verdilər” – Totti

“Roma”nın sabiq kapitanı Françesko Totti futbolçu karyerasının mümkün bərpası ilə bağlı sualı cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, keçmiş futbolçu özünə xeyli təklif olduğunu bildirib:

“A Seriyasının komandaları mənimlə əlaqə saxladılar və geri dönməyim üçün çılğın təklifklər verdilər. Çətin olardı, amma həyatda heç vaxt heç vaxt demə. Elə futbolçular var ki, karyerasını başa vurduqdan sonra uzun illər sonra geri qayıdıblar”.

Totti 2017-ci ildə təqaüdə çıxdı. İtaliyalı “Roma” ilə birlikdə A Seriyasının çempionu olmaqla yanaşı, həm də ölkə kubokunun və Superkubokunun ikiqat qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43