İdman

GİMNASTİKA: Bakıda keçiriləcək dünya kubokunda 14 ölkə iştirak edəcək

Fevralın 12-13-də Bakıda, Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

2022-ci ildə keçiriləcək ilk beynəlxalq yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir. Yarışlar “İdman” TV telekanalı vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43