30 Noyabr 2021
İdman

GİMNASTİKA: Təmsilçimiz mübarizəyə qoşulur

Bakıda batut gimnastikası və tamblinq üzrə dünya çempionatı davam edir.

İdmanxeber.az-ın məlumatına görə, bu gün mundialda ölkəmizin yeganə təmsilçisi Mixail Malkin mübarizəyə qoşulacaq.

Avropa çempionu və dünya yaş qrupları turnirlərinin qalibi olan idmançı tamblinq yarışlarında qüvvəsini sınayacaq.

Qeyd edək ki, dünya çempionatında 33 ölkədən 250-dən çox gimnast iştirak edir. Yarışa noyabrın 21-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

ÖZƏL! Faiq Cabbarovun həbsi ilə bağlı son xəbər: 3000 manata görə 5 il…

admin

“Neftçi”dən ayrılan Barqas: “Belə vəziyyətdə “Neftçi” ilə razılıq əldə edə bildik”

admin

“Sabunçu Gənclər Evi”ndə beynəlxalq şahmat turniri keçirildi

admin