“Rubin”in türk futbolçusu Gökdəniz Karadeniz komandası ilə müqavilə yeniləyib.
Kazan təmsilçisi ilə 2014-cü ilə qədər müqaviləsi olan futbolçu bu müqaviləyə daha bir ilin əlavə edib.
Klubun rəsmi saytına danışan Karadeniz bunları deyib: “Bu müqavilə sadəcə rəsmiyyətin tələbidir. “Rubin” hər zaman mənim qəlbimdə yeri olacaq bir klubdur”.