AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevin qurumdan aldığı əmək haqqı məlum olub.
Bizdə olan informasiyaya görə, Hacıyev kifayət qədər yüksək maaş alır. O, federasiyadakı işinə görə aylıq 6750 manat qazanır.
Sabiq baş katib hələlik ölkə futbolunda ciddi bir iş ortaya qoymasa da, aldığı əmək haqqı olduqca ciddi rəqəmdir. Uzun müddətdi AFFA-da yüksək vəzifədə olan qurum rəsmisi ancaq açıqlamalar və boş vədlərlə xatırlanır.
Bu ölkədə aşağı liqalarda biabırçı şərait var, AFFA-nın keçirdiyi çempionatlarda uşaqlar oynamağa top tapmır, oyunların baş tutduğu meydançalar rəzil durumda, bölgə stadionları isə xarab günündədi. Ancaq federasiyada çalışanlar ölkə standartlarının çox üzərində ciddi maaşlar alır. Hansı işlərinə, layihələrinə görə? Hacıyevin Azərbaycan futbolu üçün hansı uğurlu işi var? Axı onlar hansı xidmətlərinə görə belə böyük məbləğlər alırlar?
Bu ölkədə minimum əmək haqqı 400 manatdır. Futbolun inkişafında əsas rolu olan, uşaq futbolunda məşqçilik edən mütəxəssislər aylıq 400-500 manat maaş alır. Amma biabırçı gündə olan Azərbaycan futbolunu idarə edən yüksək vəzifəlilər aylıq minlərlə pulu cibinə qoyurlar. Dövlətin ölkə futboluna ayırdığı vəsait rəhbərlərin cibləri üçün deyil, Azərbaycan futbolunun inkişafı üçündür.
Məsələni gündəmdə saxlayacağıq…
İdmanxeber.az