Kateqoriyasız

“Gördüyümüz bizə inam verir” – Elmar Baxşıyev

“Qəbələ” Azərbaycan Premyer Liqasının 25-ci turunda doğma meydanda “Qarabağ”a 1:3 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “qırmızı qaralar”ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

“Bilirdik ki, ağır oyun olacaq “Qarabağ” çempionatın ən yaxşı komandalarındandır. Matça yaxşı başladıq. Ümumi olaraq komandanın çıxışından razı qaldım. Futbolçular “Qarabağ”dan çəkinmədilər. Dominant oyun göstərməyə çalışdıq. Rəqib təzyiq göstərdiyinə görə müəyyən boşluqlar verdik”.

– Müdafiə futbolu oynasaydız, nəticə fərqli ola bilərdi?
– Top rəqibdə olanda müdafiə olunmalısan. Sadəcə komandadan daha öncə müdafiə olunmağı tələb edirik. Biz o komandalardan deyiliK ki, 90 dəqiqə müdafiəyə qapanaq, əks-hücumlara bel bağlayaq.

– Son nöqtəni qoymaqda çətinlik çəkirsiz. Bunun səbəbi nədir?
– O epizodları yaratmaq özü də, güc tələb edir. Hər matçda qol fürsətləri əldə edirik. Sadəcə olaraq, dəyərləndirməkdə çətinlik var. Gördüyümüz bizə inam verir. Komanda hücumda istədiyimizi verir.

– Ən çox legioneri olan komanda “Qəbələ”dir. Amma buna baxmayaraq turnir cədvəlində üst sıralarda deyilsiz. Legionerləriniz istədiyiniz səviyyədə deyil?
– Sizin işiniz statistikaya baxmaqdır. Bu gün 5 legioner, 6 azərbaycanlı oynayırdı. Mən milliyətə fikir vermirəm. 23 futbolçumuz var. Kim layiqdirsə, o da oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43