08 Sentyabr 2024
Ölkə futbolu

Görün Türkiyədə “Araz Naxçıvan”ın başına nə iş gəldi

Təlim-məşq toplanışını Türkiyədə davam etdirən “Araz-Naxçıvan”ın oyun təqvimində dəyişiklik edilib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Küveytin “Al Arabi” komandası ilə qarşılaşma bu gün yox, iyulun 24-də, saat 18:00-da (Bakı vaxtı ilə) keçiriləcək.

Özbəkistanın “Soqdiana” klubu isə toplanışa gəlmədiyi üçün bu komanda ilə görüş baş tutmayacaq. “Soqdiana” ilə oyun isə iyulun 24-də keçirilməli idi. 

Qeyd edək ki, “Araz-Naxçıvan” Erzurumda ilk yoxlama oyununu “Alanyaspor”a qarşı keçirib və görüş 1:1 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43