28 Sentyabr 2021
Kateqoriyasız

“Görünür, mübarizəm De Byazinin xoşuna gəlib” – Rüstəm Əhmədzadə

“Düşünürəm ki, şans hər zaman var. Amma bunun üçün çox işləmək, meydanda bütün gücünü ortaya qoymaq lazımdı. Bu halda xal və ya xallar qazanmaq olar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin və Ukraynanın “Minay” klubunun futbolçusu Rüstəm Əhmədzadə deyib.

20 yaşlı hücumçu millidəki çıxışı və baş məşqçi Canni De Byazidən danışıb:

“De Byazi ilə elə çox danışmadım. Sadəcə, mətbuat konfransında mənim haqqımda xoş sözlər deyib. De Byazi İrlandiya ilə matçda zədələndikdən sonra necə mübarizə apardığımı, ağrılara baxmayaraq, sürüşmə fəndi etdiyimi gördü.

Komandam hesabda öndə olduğundan sonadək oynamaq lazım idi. Çünki əvəzetmə imkanımız da qalmamışdı. Buna görə məni tərfiləyib. Deyib ki, bütün futbolçular belə oynamalıdı. Görünür, mübarizəm xoşuna gəlib. O, vəziyyətimi soruşdu. Mənə görə narahat idi. Komanda üçün lazım futbolçu olduğumu və mənə güvəndiyini bildirdi.

“Minay”a qayıdanda həm baş məşqçi, həm də futbolçular məni təbrik etdi. Xüsusi bir şey olmadı. Tez-tez azərbaycanlı azarkeşlər mənə yazırlar. Oyunlarımı izləyirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” “Dinamo”nu Bakıda da məğlub etdi – Video

admin

“Qarabağ” – “Qəbələ” oyunu da təxirə salındı

admin

“Neftçi” – “Qarabağ” oyununun hakimləri məlum oldu

admin