22 Sentyabr 2023
Ölkə futbolu

“Görüşdən sonra paltardəyişmə otağında ağladım”

“Səbail”ə qarşı aşağı səviyyədə oynadığımızı düşünmürəm. Düzdür, həmin görüşdə məğlub olduq. Oyundur, belə şeylər qaçınılmazıdır. İki komandadan biri qalib gəlməlidir. Təəssüf ki, məğlub olan tərəf biz olduq”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in futbolçusu Olavale Onanuqa “Səbail” oyunu barədə danışarkən deyib. O, matçdan sonra özünü çox pis hiss etdiyini bildirib:

“Mənə görə, futbol bir oyundan daha çox şeydir. Görüşdən sonra paltardəyişmə otağında ağladım. Çünki özümü yaxşı hiss etmirdim. Evdə, azarkeşlərimizin önündə belə çıxış etməməliyik. Tərəfdarlarımızı belə görmək istəməzdim. Onları məyus etdik, buna görə də özümü çox pis hiss edirəm”.

Nigeriyalı futbolçu “sarı-göylər”in qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyini inandığını bildirib:

“Vaxt keçdikcə daha fərqli mübarizə aparacağıq. Komandada nə çatmırsa, məşqçilər heyətini bunu aradan qaldıracaq. Hamımız bu vəziyyətdən çıxmalıyıq. Heyətimiz pis deyil. Biz çempionatın ən zəifi deyilik. Mən sadəcə, komandaya necə fayda verəcəyim barədə düşünürəm. Tək hədəfimiz “Kəpəz”i hədəflərinə çatmasıdır”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43