Ölkə futbolu

GÖZLƏNİLƏN GEDİŞ: “Qarabağ” hay-hayla gətirdi, vay-vayla göndərdi

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qarabağ” klubu daha bir futbolçusu ilə yolları rəsmən ayırıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə,  Ağdam təmsilçisi hücumçu Nikolas Gelaşvili ilə müqaviləni qarşılıqlı şəkildə ləğv edib

Ötən il Almaniyanın “Bohum” klubundan transfer edilən və “Qarabağ”la bir illik müqaviləsi olan 29 yaşlı forvard azad agent statusu alıb.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində daha iki hücumçu – Java Dvali və Uilrix Kapolonqonu komandadan göndərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43