Ölkə futbolu

Gözlənilən baş verdi: “Xəzər Lənkəran”dan ayrılıb “Neftçi”yə getdi – RƏSMİ

Rauf Əliyev “Neftçi” ilə müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan yığma komandasının üzvü növbəti il yarım müddətində “Neftçi”nin formasını geyinəcək.

Əliyev klubun rəsmi saytına da açıqlama verib: “Neftçi” Azərbaycan futbolunun ən köklü komandasıdır. İstənilən yerli futbolçu üçün “Neftçi”də oynamaq şərəfdir.Bilirəm ki, üzərimə böyük məsuliyyət düşür. “Neftçi”nin heyətində özümü doğrultmaq və komandama faydalı olmaq istəyirəm. İnanıram ki, azarkeşlərin də sevgisi və dəstəyi sayəsində qolları sıralayacam.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43