08 Sentyabr 2024
Kateqoriyasız

“Güclü biz idik, biz də qalib gəldik”

“Gərgin oyun keçdi. Ancaq neynəyək ki, kuboku bir komanda qazanmalı idi. O da bizim payımız idi”. 

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev deyib.

Paytaxt klubunun gənc futbolçusu “Qəbələ” üzərində penaltilərdə qələbə qazanmlarına baxmayaraq, kuboka məhz özlərinin layiq olduğunu düşünür:

“Qəbələ”yə də uğurlar arzulayıram. Bu günkü qələbəni (red.dünən) Sadıq Sadıqova və azərkeşlərə həsr edirik. Biz fikirləşirdik ki, 90 dəqiqə ərzində qələbə qazanaq. Lakin Saşa Stamnkoviçin top qaytaracağına da ümid edirdik. Bu gün (red.dünən) güclü olan biz idik, biz də qalib gəldik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43