05 Fevral 2025
Kateqoriyasız

“Güclü rəqibə qarşı oynayacağıq” – “Monako”nun baş məşqçisi

“Rəqibin əsasən orta xətt oyunçuları güclüdür. Sabahkı oyunda da dəyişiklik olacağını gözləmirəm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Monako”nun baş məşqçisi Leonardo Jardim Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”la keçirilən oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

“Hər iki komandanın qələbəsinə pul qoymaq olar. Ancaq indidən nəsə demək olmaz. Biz qrupda yerimizi qorumaq üçün qələbə qazanmalıyıq. “Qarabağ”ın “Yanq Boyz”la oyununu izləmişik. Bilirik ki, güclü rəqibə qarşı oynayacağıq. Rəqib sabah öz ölkəsində oyun keçirəcək. Bu, bizə çətinlik yaradacaq. Amma biz qrupdan çıxmaq istəyirik. Buna görə də meydana qələbə üçün çıxacağıq”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43