26 Dekabr 2024
İdman

Güləşçilərimiz Avropa çempionatını 6 medalla başa vurdular

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

İdmanxeber.az xəbər verir ki, 82 kq-da yer alan idmançı almaniyalı Roland Şvartsla üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə uduzan Hüseynov 5-ci yerlə kifayətlənib.

Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 6 medalla başa vurub. Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Avropa çempionu olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43