26 Dekabr 2024
İdman

Güləşçimiz liderliyə yüksəldi

Dünya Güləş Birliyi 2015-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ötən ay Bakıda keçirilən ilk Avropa Oyunlarında sərbəst güləşçilərimizin qazandığı 2 qızıl və 4 bürünc medal idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib. Belə ki, Avropa Oyunlarının qızıl medalçısı Xetaq Qazyumov uzun müddət reytinqdə 2-ci olsa da, bu qələbədən sonra 97 kq çəki dərəcəsində reytinqin 1-ci pilləsində qərarlaşıb. Avropa Oyunlarının digər qızıl medalçısı Toğrul Əsgərov 17-ci sıradan, bürünc medalçı Cəmaləddin Məhəmmədov isə 14-cü sıradan 6-cı sıraya yüksəlib. Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Şərif Şərifov (97 kq) da ilk onluqda qərarlaşan idmançılardandır.

57 kq

12. Yaşar Əliyev – Avropa Oyunları 5-ci yer (nr)

65 kq

4. Məhəmməd Müslümov – Paris Qran Pri turniri 1-ci yer (4)

6. Toğrul Əsgərov – Avropa Oyunları 1-ci yer (17)

11. Hacı Əliyev – Avropa Oyunları 3-cü yer 61 kq-da (12)

70 kq

8. Ruslan Dibirhacıyev – Avropa Oyunları 3-cü yer (10)

74 kq

13. Cəbrayıl Həsənov – Avropa Oyunları 3-cü yer (11)

86 kq

14. Aleksandr Qostiyev – Yaşar Doğu turniri 1-ci yer (14)

15. Nurməhəmməd Hacıyev – Avropa Oyunları 5-ci yer (nr)

97 kq

1. Xetaq Qazyumov – Avropa Oyunları 1-ci yer (2)

3. Şərif Şərifov – A.Medved turniri 2-ci yer (3)

125 kq

6. Cəmaləddin Məhəmmədov – Avropa Oyunları 3-cü yer (14)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43