05 Fevral 2025
Kateqoriyasız

Gündoğan “Barselona”ya gedir?

“Barselona” daha öncədən də maraqlandığı Dortmund “Borussiya”sının türk əsilli alman futbolçusu İlkay Gündoğanı heyətinə qatmağı planlaşdırır.

İdmanxeber.com-un məlumatına görə,Kataloniya klubunun idman direktoru Ariedo Brayda Dortmund təmsilçisinin Bundesliqasının son turunda “Verder”ə 3:1 hesabı ilə qalib gəldiyi oyunda təcrübəli yarımmüdafiəçini stadiondan izləyib.

Koke, Marko Verratti və Pol Poqbaya 60 milyon avrodan yüksək qiymət qoyulduğundan “Barsa” rəhbərliyi bütün diqqətini İlkaya yönəldib.

İlkayın “Borussiya” ilə müqaviləsinin müddəti 2017-ci ilə qədərdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43