Ölkə futbolu

Gürcü futbolçu Emil Balayevə dəstək oldu: “Komanda Emili dəstəkləyir”

Qazaxıstan “Tobol”unun yarımmüdafiəçisi Nika Kvekveskiri klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın 4-cü turunda “Aktobe”yə 2:1 hesabı ilə qalib gəldikləri oyun haqda danışıb. Emil Balayevin matçın sonlarında qolla nəticələnən kobud səhvindən də söz açan gürcüstanlı futbolçu millimizin qapıçısına dəstək olub:

“Emil Balayevə dəstək olaraq, onu deyə bilərəm ki, biz hamımız səhv edirik. Sadəcə, qapıçı səhvə yol verəndə bu, tabloda öz əksini tapır və gözə dəyir. Bütün komanda ilə Emili dəstəkləyirik. Biz kollektivik və bir-birimiz üçün mübarizə aparırıq. Ailə kimiyik, bir-birimizin səhvlərini düzəltməyə kömək edirik. Uğurumuzun əsas səbəblərindən biri budur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43