Kateqoriyasız

Gürcüstan klubu azərbaycanlı futbolçunu göndərdi – diz bağları qopduğuna görə

Gürcüstanın “Merani” klubu Tural Rzayevlə yollarını ayırıb.

Tbilisi təmsilçisi 26 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Tural diz bağları qopduğu üçün uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu səbəbdən elita klubu onunla yollarını ayırıb.

Rzayev Azərbaycanda “Kəpəz”də oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43