Dünya futbolu

Gürcüstan millisinin üzvü Fransa klubuna keçir

“Monako” Gürcüstan millisinin hücumçusu Georges Mikautadze ilə şifahi razılıq əldə edilib.

İdmanxeber.az-ın məlumatına görə, Fransa klubu futbolçu üçün “Ayaks”dan icarəyə götürən və  satın alma opsiyasına sahib “Mets”ə təklif göndərib. “Monako” müqaviləni Avropa çempionatının sonuna qədər yekunlaşdırmağa ümid edir.

2023/24 mövsümündə Mikautadze Fransa çempionatında 20 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43